Azərbaycan hərbçilərinin 88 faizi koronavirusa qarşı birinci doza peyvəndi qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün cari ildə Səhiyyə Nazirliyi və TƏBİB ilə koordinasiyalı iş təşkil edilib: "Azərbaycan Ordusunda COVID-19 əleyhinə birinci doza üzrə 88 %, ikinci doza üzrə 72 %, üçüncü doza üzrə isə 8 % hərbi qulluqçuya peyvəndin vurulması təşkil olunub. Qeydə alınmış hər bir COVID-19-a yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinə və dezinfeksiya işləri aparılıb".