Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı istehsal olunan TURKOVAC peyvəndinin kütləvi tətbiqinə dekabrın 30-da başlanılacaq.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Dekabrın 29-da TURKOVAC vurduran nazir Fahrettin Koca əminliklə bildirib ki, tamamilə yerli istehsal olan milli peyvənd koronavirus infeksiyasından qorunmaq üçün güclü təsirə malik vaksindir.
Qeyd edək ki, Türkiyədə ən son 1978-ci ildə vərəm əleyhinə peyvənd istehsal olunmuşdu. Əlli illik fasilədən sonra qısa zaman kəsiyində TURKOVAC peyvəndinin hazırlanması böyük yenilikdir.
Bu barədə dekabrın 22-də açıqlamasında Sinovac və Biontech peyvəndlərindən sonra TURKOVAC vaksinin də vətəndaşlara təqdim ediləcəyini deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TURKOVAC-ı bütün bəşəriyyətlə bölüşməkdən məmnun olacaqlarını ifadə edib.