Britaniya alimləri qan qruplarının fərqini koronavirusa yoluxma ehtimalı ilə əlaqələndiriblər

A- A A+

Böyük Britaniyanın Kent Universitetinin alimləri qan qruplarının fərqini koronavirusa yoluxma ehtimalı ilə əlaqələndiriblər. Onlar I qan qrupu olan insanların koronavirusun yayılmasına daha çox meylli olduğunu öyrəniblər.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "Epidemics" jurnalında qeyd olunub.

Tədqiqatın nəticələrinə görə, universal donor sayılan I qan qrupu olan insanların yoluxma ehtimalı azdır, lakin onlar hər hansı digər qan qrupu olan insanları virusa yoluxdular bilərlər.

Britaniyalı alimlərin gəldiyi nəticələrdən biri də odur ki, əhali arasında müxtəlif qan qruplarına malik ölkələrdə koronavirusun yayılmasına təbii maneələr olacaq. Bundan əlavə, alimlər peyvənd üçün hər hansı bir qan qrupuna üstünlük verilməsinin təsadüfi seçimdən daha pis olduğunu deyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: