Bu gün Azərbaycanda COVID-19 əleyhinə 32 min dozaya yaxın peyvənd vurulub

A- A A+

Yanvarın 7-də Azərbaycanda 31 min 844 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 59, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 976 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı isə 24 min 809 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 439 min 291, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 178 min 595, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 688 min 646 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 572 min 50 nəfər təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: