İkinci doza peyvəndləmədən 6 ay sonra “buster” doza vurdurmayanların sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək

A- A A+

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulmuş iki doza peyvənddən 6 ay keçdikdən sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, orqanizmdə virus əleyhinə yaranmış anticisimləri artırmaq üçün “buster” doza qəbul olunmalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ikinci doza peyvəndləmədən 6 ay keçdikdən sonra “buster” doza vurdurmayan vətəndaşların “Peyvənd sertifikatı” fevralın 15-dən sonra etibarlı hesab edilməyəcək.

Məlumata əsasən, “İmmunitet sertifikatı” olan vətəndaş xəstəliyindən 6 ay keçdikdən sonra “buster” doza qəbul edibsə, onun “İmmunitet sertifikatı” “Peyvənd sertifikatı” ilə əvəzlənir. Ona görə də həmin vətəndaşların “Peyvənd sertifikatı”nın müddətinə fevralın 15-dən etibarən məhdudiyyət qoyulmayacaq.

Xatırladaq ki, “Peyvənd sertifikatı” COVID-19 xəstəliyi əleyhinə iki doza vaksinasiya olunanlara, “İmmunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalanlara verilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: