“Omikron”un uşaqlar üçün nəyə görə təhlükəli olduğu açıqlanıb

A- A A+

Yeni Dehli Tibb İnstitutunun həkimi Animeş Arya, tənəffüs yollarının xüsusiyyətlərinə görə “omikron” ştamının uşaqlar üçün daha təhlükəli ola biləcəyini söyləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə “İANS” nəşrinə məlumat verib.

Onun sözlərinə görə, uşaqların tənəffüs yolları böyüklərdən daha kiçik olduğu üçün yeni ştam digər variantlardan təhlükəlidir.

Həkim bildirib ki, infeksiyanın simptomları arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq var.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: