Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb.
Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.