Bu gün Azərbaycanda COVID-19 əleyhinə 23 min dozadan çox peyvənd vurulub

A- A A+

Yanvarın 16-da Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 min 587 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 18 min 944 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 milyon 672 min 83, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 200 min 328, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 714 min 478, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 1 milyon 757 min 277 təşkil edir.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: