Ağız və boğaz quruluğu Omikron əlaməti ola bilər

A- A A+

"COVID-19 pandemiyası bir çoxumuzda, xüsusən də uşaqlarda ağız və diş sağlamlığı problemlərinin artmasına səbəb olur", - deyə uzman həkim Nurgül Dəmir bildirib.

Mütəxəssis qeyd edib ki, ağız gigiyenası zəif olanların COVID-19-a yoluxma ehtimalı daha yüksəkdir. Bəzən simptomsuz görülən koronavirus ağızdaxili yoluxmadan da ola bilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekspertin fikrincə: bu şəkildə davam edərsə, önümüzdəki illərdə uşaq xəstələrində viral infeksiyaların yaratdığı birbaşa və dolayı faktorlarla erkən diş çürümələri nisbətləri arta bilər.

N.Dəmir koronavirusun ağız toxumalarına mənfi təsir etdiyini göstərən əlamətlərə də diqqət çəkib.

O, qeyd edib ki, bu, ilk növbədə dildə qırmızı görünən və kəskin dadlara daha həssas olan bölgələrdə dəyişikliklərdən tutmuş, dad itkisi və ağız quruluğu əlamətləri ilə görülə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: