Koronavirusun "omikron" ştamının yalançı əlaməti aşkarlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Almaniyanın "ZOE COVID Study" mütəxəssislərinin dərc etdiyi araşdırmanın nəticələri sübut edir.
Tədqiqata əsasən məlum olub ki, mədə-bağırsaq sistemində problemlərin olması həmişə COVID-19 infeksiyasını göstərə bilməz.
Koronavirusun simptomlarını izləmək üçün xüsusi proqram yaradan mütəxəssislərin fikrincə, ötən il dekabrın ortalarından cari il yanvarın sonuna kimi mədə-bağırsaq traktının problemləri ilə bağlı şikayətlərdə artım müşahidə olunub.
Alimlər bunu bağırsaq xəstəliklərinin mövsümü ilə əlaqələndirirlər, lakin bəzi hallarda mədə-bağırsaq traktında problemlər COVID-19 infeksiyasına işarə edə bilər.