"Hamilələrin, xüsusi risk qrupunda olanların vaksinasiyadan keçmələri çox önəmlidir"
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, "Omikron"a yoluxma saylarında artımlar müşahidə edilir: "Bununla belə, Azərbaycan əhalisinin 47 faizi hər iki doza üzrə peyvəndlənərək ÜST-ün 40 faiz hədəfini aşıb".