Teymur Musayev: Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır

A- A A+

Ölkəmizdə və dünyada koronavirusa yoluxma sayı kəskin artıb. Bunu “omikron” ştamı ilə əlaqələndirmək olar. Ötən 10 həftə ərzində dünyada 90 milyon insan “omikron”a yoluxub. Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət idarəolunandır. Xəstələrin xəstəxanaya çatdırılmasında və müvafiq müalicələrin təmin edilməsində heç bir problem yoxdur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.

“Hazırda “omikron”la yanaşı, “delta” ştamı da mövcuddur. Xəstəxanaya, xüsusilə də reanimasiyaya yerləşdirilənlər arasında tədqiqatlar aparılır. “Omikron” və “delta” ştamı ilə əlaqədar rəqəmlər ictimaiyyətə açıqlanacaq”, - deyə nazir vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: