Qaraciyərdə problemlərin olduğunu bu üsulla bilmək olar

A- A A+

ABŞ-ın Mayo Klinikasının mütəxəssisləri bir insanın qaraciyərində problem olub-olmadığını müəyyən etmək üçün bir üsul açıqlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə "Medik Forum" portalı bildirib.

Onların sözlərinə görə, bunu müəyyən etmək ovucların rənginə baxaraq mümkündür.

Həkimlər bildiriblər ki, bəzi hallarda xəstənin qaraciyərində problemlər olduqda, ovuclarda, çox vaxt onların aşağı hissəsində, baş barmağın altında qırmızı ləkələr görünə bilər.

Belə bir yerə basdıqda qızartı bir müddət yox olur, sonra yenidən görünür.

Həkimlər bu "həyəcan siqnalı" yarananda təcili olaraq həkimə müraciət etməyi tövsiyə edirlər, çünki bu, qaraciyərin vəziyyətində əhəmiyyətli bir pisləşmənin işarəsi ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: