Düzgün immunitet formalaşan uşaqlarda COVID-19-a yoluxma riski azdır

A- A A+

Uşaqları yeni növ koronavirusdan (COVID-19) qorumaq üçün onları mümkün qədər kütləvi məkanlara aparmamaq lazımdır. Azyaşlılarla marketə, bazara, ticarət obyektlərinə getmək onların sağlamlığı üçün təhlükə yarada bilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Uşaqları COVID-19-dan qorumaq üçün ilk növbədə qidalanmaya düzgün fikir vermək lazımdır. Normal qidalanan, qidasında vitamin və mineral balansı qorunan, çoxlu maye qəbul edən uşaqlar arasında infeksion xəstəliklərə yoluxma riski daha azdır. Bundan başqa, normal yuxu rejiminə əməl olunması da uşaqlarda düzgün immunitetin formalaşmasına səbəb olur”.

Mütəxəssislər deyirlər ki, uşaqlar son vaxtlaradək xəstəlikdən qorunmayan və peyvənd vurulmayan təbəqə sırasında idi. Bir çox ölkələrdə 5 yaşdan yuxarı uşaqların COVID-19 əleyhinə peyvəndlənməsi tövsiyə olunub. Azərbaycanda isə 12 yaşdan yuxarı olan yeniyetmələrə peyvənd vurulması icazəsi verilib.

Peyvənd vurulmazdan əvvəl pediatr müayinəsi olduqca vacibdir. Bu zaman mütləq uşağın tam sağlam olmasına və peyvənd vurulmasına heç bir əks-göstəriş olmamasına diqqət yetirmək lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: