Alimlər İİV-dən sağalmış ilk qadın pasient haqqında məlumat veriblər

A- A A+

Amerikalı qadın pasient tarixdə İİV-dən xilas olmuş ilk qadın olub. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Nyu Yorkdan olan pasient" ləqəbli xəstə qadın kök hüceyrələri əsasında olan nadir və təhlükəli müalicə üsulu sayəsində insanın immunçatışmazlığı virusuna (İİV) qalib gəlib. Beləliklə həmin qadın tarixdə İİV-dən xilas olmuş 4-cü şəxs olub. Sözügedən virusdan tamamilə sağalmış əvvəlki pasientlər isə kişilər olublar. Məlumatda qeyd edilib ki, qadın pasient onkoloji xəstəlikdən əziyyət çəkib və eyni anda iki xəstəliyin müalicəsinə hədəflənmiş müalicə prosesindən keçib. Müalicə prosesi o dərəcədə riskli idi ki, o hətta xərçəngin son mərhələlərinin diaqnozu qoyulmuş xəstələr üçün də qeyri-etik hesab edilir. Bu cür müalicəni reallaşdırmaq üçün həkimlər ilk öncə İİV-ə qarşı dözümlü olan nadir mutasiyalı donor tapmalıdırlar.

Məlumata əsasən bu cür mutasiya donorların yalnız 1%-də mövcud olur. Bu cür donor tapılandan sonra həkimlər onun göbək bağının haplodient transplantasiyasını reallaşdırırlar. Bu transplantasiya zamanı donorun göbək bağı qanından və sümük iliyindən istifadə edilir. Bu üsul qan əsaslı xərçəng xəstəlikləri ilə mübarizə aparmağa imkan verir. Bu halda donorun toxumaları orqanizmi kök hüceyrələri ilə təmin edirlər. Göbək bağı qanı adətən həm böyüklər, həm də uşaqlar üçün böyük effektivlik sərgiləmədiyi üçün onun effektivliyinin yüksəldilməsi yolunda sümük iliyindən istifadə edilir.

İİV-dən xilas olmuş qadın pasientə 2013-cü ildə İİV diaqnozu, 2017-ci ildə isə leykemiya diaqnozu qoyulmuşdu. Nəticədə 4 illik müalicə kursundan sonra onun xərçəng xəstəliyi tədricən aradan qalxmağa başladı. Keçən il isə İİV-dən müalicə prosesi yekunlaşmışdı. Bununla belə müalicə prosesindən sonra "Nyu Yorkdan olan pasientin" orqanizmində İİV-in izləri aşkar edilməyib. Alimlər qadından hüceyrə nümunələri götürüb onları laboratoriya şəraitində yoluxdurmağa çalışıblar. Lakin təcrübə nəticəsində hüceyrələr virusa yoluxmayıblar. Əgər növbəti illərdə pasientin orqanizmində İİV izləri aşkar edilməsə, mütəxəssislər həmin qadının tamamilə sağaldığını təsdiqləyə biləcəklər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: