Kovid zamanı baş beyin ciddi zərər görür, bir çox funksiyaları pozulur. Virus beynin koqnitiv funksiyalarına təsir edir. Ona görə müalicələr zamanı beyni unutmamaq lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həkim nevroloq Aleksey Kudravçev neyrokovid adlanan postkovid zamanı beyinə lazim olan vitaminlərin verilməsini zəruri hesab edir.
“B və C vitaminləri, xüsusən B 1 vitamini sinir toxumasını bərpa edir, beynin qocalmasının və hipoksiyanın qarşısını alır, beyni oksigenlə təchiz edir.
Öz növbəsində C vitamini sinir sistemini qidalandırır, yükünü azaldır, onların qocalmasını ləngidir. Antioksidant təsir edir. Kovid xəstələrinə sonrakı dövrdə bu vitaminlər çox vacibdir”