Səhiyyə müəssisələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, səhiyyə müəssisələrinin kadr ehtiyacının təmin edilməsi və ixtisaslı kadr potensialının artırılması məqsədilə  keçirilən imtahanların müsabiqə mərhələsində 214 müraciət qeydə alınıb. Müsabiqədə namizədlərin 189-u orta ixtisas tibb işçisi, 25-i isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib. Ən sıx müsabiqə vəziyyəti tibb bacısı (97) və mama (39) vəzifələri üzrə yaranıb. Rayonlar üzrə ən çox müraciət Şərur (59) və Babək (51) rayonlarındakı səhiyyə müəssisələrində olan vakant vəzifələr üzrə qeydə alınıb.

İki mərhələli imtahanın test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahanın nəticəsi “test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir.

İmtahan suallarının klinik tapşırıq hissəsi namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla yazılı şəkildə keçiriləcək.

Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: