Martın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində üç və daha çox doza vaksinlərin sayı 5 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 159 min 756, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 308 min 772, ikinci mərhələ üzrə 4 milyon 795 min 324, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 842 min 70, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 213 min 590-dır.