Azərbaycanda Türkiyənin istehsalı olan koronavirusa qarşı "TURKOVAC" peyvəndinin 3-cü faza sınaqları başlayır.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunun üçün Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) nümayəndə heyəti Bakıya gəlir.
Sınaqların başlanması üçün martın 9-da Azərbaycanla Türkiyə arasında protokol imzalanacaq və vaksinin klinik sınaqlarına başlanılacaq.
Qeyd edək ki, yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olan "TURKOVAC" Erciyes Universiteti (ERU) və Türkiyənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi (TÜSEB) ilə birlikdə hazırlanıb.