Qaraciyərin təbii yollarla təmizlənməsi

A- A A+

Qaraciyərin orqanizmin sağlamlığında böyük rolu olduğu hamıya məlumdur.

Qaraciyərin sağlam olması isə bizim qəbul elədiyimiz qidalardan, yaşadığımız mühitdən, ekologiyadan asılıdır. İllərlə sadaladığımız səbəblər üzündən qaraciyər toksinlərin hücumuna məruz qalır, yediyimiz yağlı, ədviyyatlı qidalar onun parenximasına mənfi təsir göstərir.

Süni qidaların orqanizmə verdiyi zəhərlənmələrdən ən çox əziyyət çəkən orqan qaraciyər olduğu üçün, qaraciyərin vaxtaşırı təmizlənməyə ehtiyacı olur. Qaraciyərin təmizlənməsini ev şəraitində, təbii vasitələrlə həyata keçirmək mümkündür.

Qaraciyəri təmizləməyə başlamamışdan əvvəl mütləq həkimə müraciət edib, öd kisəsi və qaraciyəri USM-də yoxlatdırmaq lazımdır. Çünki öd kisəsində iri daşların olması vəziyyətinizi ağırlaşdıra bilər.

Xalq təbabətində qaraciyərin təmizlənməsi üçün müxtəlif tübaj üsulları vardır. NUHÇIXAN İnformasiya Agentliyi onlardan bir neçəsini sizlərə təqdim edir:

1. Qaraciyərin cəfəri və limonla təmizlənməsi

Bu zaman 1 dəstə təzə cəfəri blenderdə üyüdülür, üzərinə 1 limonun şirəsi sıxılır. Şüşə qaba tökülüb, üzərinə 1 stəkan su əlavə edilir və səhər acqarına içilir. Bu proseduru 15 gün etməklə illərlə qaraciyərdə yıılıb qalmış toksinlər xaric olunur.

2. Qaraciyərin balla təmizlənməsi

Hər səhər acqarına 1 stəkan qaynar suyun içərisinə 1 xörək qaşığı bal əlavə edilir və yarım limon sıxılır. Prosedur 10-15 gün təkrarlanır.

3. Qaraciyərin zeytun yağı ilə təmizlənməsi

Hər səhər acqarına 1 xörək qaşığı zeytun yağının içərisinə limon şirəsi sıxılıb içilir.

4. Qaraciyərin bəkməzlə təmizlənməsi

Hər səhər 1 xörək qaşığı bəkməz isti suya qarışdırılıb içilir.

5. Qaraciyərin kişmişlə təmizlənməsi

Axşamdan 1 ovuc kişmişi 1 stəkan isti suda isladın. Səhər acqarına dəmləməni için. Müalicə kursu - 15 gün.

Qaraciyərin təmizlənməsi zamanı aşağıdakı qaydalara əməl olunmalıdır:

- Müalicə vasitəsini qəbul edən zaman məhsul isti olmalıdır.

- Məhsulu qəbul etdikdən sonra sağ tərəf üstə uzanmalı və qaraciyər nahiyəsinə isti qrelka qoyulmalıdır.

- Proseduru edib evdən çıxmaq olmaz, çünki tualetə ehtiyac ola bilər.

- Tübaj olunan günlər yüngül qida qəbul eləmək lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: