Martın 15-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 22 min 591 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 152, ikinci doza vaksinlərin sayı - 1 min 847, üç və daha çox doza vaksinlərin sayı – 18 min 460, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 1 min 132-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 286 min 364, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 315 min 399, ikinci mərhələ üzrə 4 milyon 805 min 594, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 945 min 147, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 220 min 224-dür.