Aprelin 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 879 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 909, ikinci doza vaksinlərin sayı - 1 min 240, üç və daha çox doza vaksinlərin sayı – 10 min 115, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 615-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 469 min 201, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 325 min 295, ikinci mərhələ üzrə 4 milyon 825 min 873, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 88 min 723, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 229 min 310-dur.