Təhsil işçiləri qanvermə aksiyasında iştirak ediblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən qanvermə aksiyasında Nazirliyin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər.  

Qanvermə aksiyası zamanı donorların təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Xeyirxah təşəbbüsə qoşulan kollektiv üzvlərinin hər biri müvafiq müayinələrdən keçirildikdən sonra qanvermə aksiyasında iştirakı təmin edilib.

Aksiyada  31 nəfərdən 15.5 litr qan tədarük edilib.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: