Aprelin 2-də Azərbaycanda COVID-19 əleyhinə 12 min dozadan çox vaksin vurulub

A- A A+

Aprelin 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 12 min 558 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 1 min 69, ikinci doza vaksinlərin sayı - 1 min 180, üç və daha çox doza vaksinlərin sayı – 9 min 718, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 591-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 481 min 759, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 326 min 364, ikinci mərhələ üzrə 4 milyon 827 min 53, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 98 min 441, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 229 min 901-dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: