Aprelin 6-da Azərbaycanda COVID-19 əleyhinə 10 min dozadan çox vaksin vurulub

A- A A+

Aprelin 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 10 min 301 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 601, ikinci doza vaksinlərin sayı - 823, üç və daha çox doza vaksinlərin sayı – 8 min 282, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 595-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 513 min 935, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 328 min 620, ikinci mərhələ üzrə 4 milyon 829 min 985, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 123 min 615, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 231 min 715-dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: