ÜST: “Omikron"un XE rekombinatı 10% daha yoluxucudur”

A- A A+

“Omikron BA.1-BA.2” ştamının XE rekombinatı yayılma sürəti BA.2 (“Stels-omikron”) ilə müqayisədə, təqribən, 10% daha çoxdur”.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç jurnalistlərə bildirib ki, bu qiymətləndirmələr məhdud ilkin məlumatlara əsaslanır. 

“XE rekombinatı “Omikron” variantının hissəsi kimi izlənilir. İlk dəfə yanvarın 19-da Birləşmiş Krallıqda aşkarlanmış bu rekombinata yüzlərlə yoluxma təsdiq olunub”, - o deyib.

Onun sözlərinə görə, ÜST tərəfindən COVID-19-un bütün yeni rekombinat variantları izlənilir. 

Rekombinant XD-yə (Delta-Omikron) gəlincə, T.Yazareviç onun “nəzarət altında olan variant” kimi izlənildiyini, mövcud məlumatların onun daha yoluxucu olmasına dəlalət etmədiyini və hazırda yayılmasının məhdud olduğunu vurğulayıb.

ÜST nümayəndəsi diqqətə çatdırıb ki, SARS-CoV-2 virusu inkişaf etməkdə davam edir: "Bu cür intensiv ötürülmə şəraitində dünyada yeni ştamlar, o cümlədən rekombinatların yaranması gözləniləndir. Virusun izlənməsini, yayılmasını və təkamülünü izləyə bilmədiyimiz üçün ÜST sınaqların aparılmasının və epidemioloji nəzarətin həyata keçirilməsinin vacibliyini vurğulamaqda davam edir. Bu məlumat və təhlil pandemiyanın kəskin fazasına effektiv şəkildə başa çatdırılması baxımından son dərəcə əhəmiyyətlidir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: