Gecə corab geyinmək yuxu problemi yaşayanlar üçün faydalıdır

A- A A+

Aparılan tədqiqatlara əsasən, gecə corabla yatmaq daha tez yuxuya getməyə və fasiləsiz yatmağa kömək edir. Bunu Belçikanın Liege Universiteti yuxu bölməsinin professoru Françisko Puertas deyib. Vaxtımızın təxminən üçdə biri yuxuda keçir. Keyfiyyətli yuxu bütün günümüzə və sağlamlığımıza təsir edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Hürriyet”ə istinadla bildirir ki, fasiləsiz yuxu üçün əl və ayaq damarları genişlənməlidir. ABŞ Milli Yuxu Fondu (NSF) vurğulayır ki, damarlar genişləndikdə istilik bütün bədənə daha yaxşı yayılır. Bu da insanı yuxuya hazırlayır və yuxuyagetmə müddətini qısaldır, lakin damarların genişlənməsi üçün gecə geyindiyimiz corabların rahat və geniş olması vacibdir.

Daxili xəstəliklər mütəxəssisi professor A.Karadağ “Gün ərzində köhnələn hüceyrələrimiz gecə özünübərpa mərhələsində olur və corabla yatmaq yuxu problemi yaşayanlar üçün faydalıdır”, - deyə bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: