Aprelin 12-də Azərbaycanda COVID-19 əleyhinə 9 min dozadan çox vaksin vurulub

A- A A+

Aprelin 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 660 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 709, ikinci doza vaksinlərin sayı - 856, üç və daha çox doza vaksinlərin sayı – 7 min 547, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 548-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 558 min 968, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 331 min 706, ikinci mərhələ üzrə 4 milyon 833 min 723, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 159 min 255, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 234 min 284-dür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: