Hörümçək damarlar 10 xəstəliyin ilkin əlaməti ola bilər

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hematoloq, birinci kateqoriyalı terapevt Oleq Kuznetsov hörümçək damarların (telangiektaziyalar) meydana çıxdığı xəstəlikləri açıqlayıb. “Doktor Peter” nəşrinə müsahibəsində o, bu damarların ən azı 10 xəstəliklə bağlı orqanizmdə gedən proseslərin ilkin siqnallarından ola biləcəyini vurğulayıb.

Həkimin sözlərinə görə, əgər damarların rəngi al-qırmızı və ya bənövşəyidirsə, bunlar arteriya və ya kapilyarlardan qaynaqlanan hörümçək damarlardır, albalı-mavisi rəngindədirsə, o zaman venulalardır.

Kuznetsov xəbərdarlıq edib ki, hörümçək damarlar inkişaf etməkdə olan varikoz damar xəstəliyinin və həmçinin ən azı doqquz başqa xəstəliyin göstəricisi ola bilər ki, bunların sırasına  yoluxucu xəstəliklər (HİV və AİDS, sifilis), onkoloji patologiyalar, kuperoz xəstəliyi, qaraciyərin ağır zədələnmələri (sirroz, fibroz), birləşdirici toxuma xəstəlikləri, otoimmun xarakterli patologiyalar, rozasea xəstəliyi, şəkərli diabet və ya şüa xəstəliyi ilə nəticələnən radioaktiv şüalanma daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: