Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı Fövqəladə Hallar Komitəsi hesab edir ki, COVID-19-a səbəb olan virus bəzi heyvan növlərinin orqanizmində qala və rezervuar yarada bilər. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə komitənin 11-ci iclasının yekunları üzrə dərc edilmiş nəticələrində deyilir.
“Komitə etiraf edir ki, SARS-CoV-2 hələ özünün ekoloji yerini yaratmayan yeni respirator patogendir", - deyə ekspertlər bildiriblər. Onlar koronavirusun “gözlənilməz təkamülü”nə diqqət yetiriblər, hansı ki, "onun geniş dövriyyəsi və insanlar arasında sürətlə ötürülməsi, eləcə də heyvan rezervuarların yaradılması potensialı ilə bir sıra heyvanlar arasında infeksiyanın geniş yayılması ilə şiddətləşir". Komitə ölkələrə insanlar və heyvanlar arasında " SARS-CoV-2-nin ötürülməsi ilə bağlı epidemioloji tədqiqatlar aparmaq", eləcə də "potensial heyvan daşıyıcıları və rezervuarları üzərində məqsədyönlü müşahidə" aparmağı tövsiyə edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ekspertlərin tövsiyəsi ilə COVID-19 ilə bağlı səhiyyədə beynəlxalq fövqəladə vəziyyət rejimini növbəti üç ay müddətinə uzadıb.
18 ekspert və 12 müşahidəçidən ibarət ÜST-nin Fövqəladə Hallar Komitəsi bir qayda olaraq üç aydan bir toplanır. Bundan əvvəlki iclas 2022-ci ilin yanvarında keçirilib. Komitənin ilk iclası 2020-ci il yanvarın 22-23 tarixlərində keçirilib. 2020-ci il yanvarın 30-da təkrar görüşərək, ekspertlər dünyada yeni növ koronavirusun yayılmasının səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edilməsini tövsiyə ediblər. O vaxtdan bəri fövqəladə vəziyyət rejimi hər üç aydan bir uzadılır.