Soyuq su ilə duş qəbul etməyin insan orqanizminə faydaları

A- A A+

Bədənimiz soyuq su ilə təmasda olarkən qan dövranı sürətlənir. Əzilmiş yerə buz qoyulmasının əsas səbəbi də məhz budur. Soyuq buz tətbiq edildikdə, əzilmiş bölgədə qan dövranı sürətləndiyi üçün zədələnmiş hissə daha tez sağalır. Bundan əlavə, soyuq duş qəbul etmək əzələ ağrılarını azaldır.

Quru dəriniz və dəri problemləriniz varsa, isti duş qəbul etmək bədəndə qaşınmaya səbəb ola bilər. Bu qaşınma ilə mübarizə aparmaq üçün mümkün qədər soyuq su ilə duş qəbul etmək vacibdir. Dərinizin nəmini qorumaq üçün duşdan sonra nəmləndirici krem istifadə etmək məsləhətlidir.

NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla xəbər verir ki, bədənimizdə iki növ piy toxumaları var - ağ və qəhvəyi. İnsanın çəkisi artdıqca ağ yağ toxumaları artır. Qəhvəyi yağ toxuması isə orqanizmdə enerji anbarı rolunu oynayır. Soyuq duş qəbul etdiyiniz zaman qəhvəyi yağ toxuması aktivləşir. Aktivləşdirilmiş piy toxuması ağ yağ toxumasının sağlam səviyyədə qalmasına kömək edərək arıqlamağa da şərait yaradır. Həftədə 2-3 dəfə soyuq duş qəbul etmək, idmanla məşğul olmaq və sağlam qidalanmaq maddələr mübadiləsini tarazlaşdırır.

Soyuq duş orqanizmdə ani fiziki şok və stres yaradır. Əgər mütəmadi olaraq soyuq duş qəbul edirsinizsə, “indurasiya” adlı bir proses başlayır. Bu müddət ərzində sinir sisteminiz kiçik dozalarda fiziki şok və stresə məruz qalmağa öyrəşir və sizi hazırlayır. Nəticədə stresli bir vəziyyətlə qarşılaşdığınız zaman bədəniniz və beyniniz buna hazır olur.

Eyni zamanda, soyuq duş qəbul etmək qanda endorfin tənzimlənməsini artırır, beləliklə, özünüzü daha xoşbəxt və enerjili hiss edirsiniz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: