Aprelin 16-da Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub

A- A A+

Aprelin 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 7 min 85 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 535, ikinci doza vaksinlərin sayı - 560, üç və daha çox doza vaksinlərin sayı – 5 min 538, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 452-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 589 min 438, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 334 min 34, ikinci mərhələ üzrə 4 milyon 836 min 19, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 183 min 237, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 236 min 148-dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: