Omeqa 3-ün dəri üçün faydaları

A- A A+

Omeqa-3 adlanan yağ turşularının orqanizm üçün inanılmaz faydaları var. Əslində bu yağların orqanizmdə olmaması insanlarda bir çox şikayətlərə səbəb ola bilər. Son zamanlar geniş istifadə olunan omeqa-3 balıq yağının orqanizmimizin istehsal edə biləcəyi bir yağ olmadığı üçün mütləq əlavə olaraq qəbul etmək lazımdır. Çoxsaylı vitamin və mineralları ehtiva edən omeqa- 3 dəri üçün çox faydalıdır.

NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla bildirir ki, dərinin cavanlaşmasını və hamar görünüşünü dəstəkləyən omega-3 hər yaş kateqoriyaları üçün də uyğundur. Omeqa-3-ün dəri üçün faydaları arasında ən vacibləri aşağıdakılardır: dərini yumşaldır, parlaq görünməsini təmin edir; dəriyə canlılıq verir, cavanlaşmasına kömək edir; qaşıntıları aradan qaldırır, ləkələri azaldır; tıxanmış məsamələri açır; yaşla əlaqədar üzdə yaranan qırışları və çizgiləri yox edir; sızanaqlara eyni zamanda dərinin səthində infeksiya və iltihaba qarşı qalxan rolunu oynayır; günəşin mənfi təsirlərinə qarşı dərini gücləndirdiyi üçün günəşdən gələn zərərləri minimuma endirir; dəri xərçənginə qarşı qoruyucu təsir göstərir; dərinin qurumasının və soyulmasının qarşısını alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: