ÜST: “Koronavirusdan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”

A- A A+

“Hazırda COVID-19-dan ölüm faizi pandemiya başlayandan ən aşağı səviyyəyə düşüb”.

Bunu NUHÇIXAN İnformasiya Agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

O hesab edir ki, bununla belə, sayıqlığı əldən vermək olmaz.

ÜST koronavirusun yeni ştamlarının, o cümlədən rekombinatlarının meydana gəlməsi ehtimalını istisna etmir.

“ÜST-ün məqsədi 2022-ci ilin ortalarınadək bütün ölkələrdə əhalinin 70%-nin peyvəndlənməsini təmin etməkdir. Bu zaman əsas üstünlük tibb işçilərinə, yaşlılara və digər risk qruplarına verilir”, - o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanda 2022-ci il mayın 1-dən maska tələbi ləğv edilib. Bununla belə, ölkədə xüsusi karantin rejiminin müddəti 2022-ci il iyulun 1-dək uzadılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: