Miqren ağrıları ilə mübarizə aparan möcüzəvi qidalar

A- A A+

Əgər tez-tez miqren ağrılarından əziyyət çəkirsinizsə, müalicə almaq mütləqdir. Lakin ən sadə üsullardan biri sağlam qidalanmaqdır.

NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla miqrenlə mübarizə aparan möcüzəvi qidaları sizə təqdim edir:

Əncir, iltihabı azaldan və baş ağrılarından uzaq tutmağa kömək edən potasyum tərkiblidir.

Avokado, miqrenlə mübarizədə birə-birdir. Lutein və zeaksantin kimi antioksidanlar cəhətdən zəngin olan avakado, şiddətli baş ağrılarını kəsir.

Somon balığı, omega 3 yağ turşuları və B2 vitamini ilə zəngindir. Şiddətli baş ağrıları yaşayanlar üçün möcüzəvi qidalar arasındadır. Eyni zamanda iltihabı azaldır və ümumi olaraq miqrenlə mübarizə aparmağa kömək olur.

Şirin kartoflar sadəcə ləzzəti ilə deyil, eyni zamanda miqrenlə mübarizə aparmağa da faydalıdır. C vitamini cəhətdən olduqca zəngindir. B1 vitamini və potasyum tərkiblidir. Baş ağrılarından əziyyət çəkərkən şirin kartof istehlak etmək ağrını azaldır və sinir sistemini sakitləşdirir.

Çoxlu su içmək miqren ağrılarını yüngülləşdirən ən böyük amillərdən birdir. Qarpız, yerkökü, xiyar və kərəviz kimi qidaları yemək orqanizmdəki su balansını tənzimləyəcək.

Kələm omega 3 və lif tərkibli olduğundan miqrenə qarşı ən yaxşı müdafiə mexanizmini inkişaf etdirir.

Aparılan təcrübələrə əsasən qatıqda xeyli miqdarda B vitamini var və miqrenə qarşı olduqca təsirlidir. Gündəlik yeməyinizə qatıq əlavə etmək miqren ağrılarını xeyli azaldacaq.

Yüksək miqdarda C vitamini tərkibli olan limon suyunun sağlamlığa olduqca çox faydaları var. Bunlardan biri də miqren ağrılarının qarşısının alınmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: