Aprelin 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3869 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 419, ikinci doza vaksinlərin sayı - 227, üç və daha çox doza vaksinlərin sayı – 2954, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 269-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 627 min 588, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 337 min 603, ikinci mərhələ üzrə 4 milyon 838 min 456, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 212 min 960, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 238 min 569-dur.