İnternat məktəbinin şagirdləri tibbi müayinələrə cəlb edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublika Xəstəxanası tərəfindən humanitar tibbi aksiyalar davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səhiyyə ocağının kollektivi bu dəfə Ordubad internat məktəbinin şagirdlərini tibbi müayinədən keçirib, onlara hədiyyələr veriblər.

Aksiyada Naxçıvan Muxtar Respublika Xəstəxanasının 20 nəfərdən ibarət həkim heyəti iştirak edib. Ambulator müayinələr zamanı İnternat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdlər ümumi cərrahi, otolarinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Bir şagird cərrahi müdaxiləyə ehtiyacı olduğundan Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Humanitar aksiya çərçivəsində alınmış ərzaq məhsulları məktəbin yeməkxanasına, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəb yataqxanasında yaşayan 43 şagird gündəlik istehlak məhsulları və geyim dəstləri ilə təmin edilib.

Tədbir çay süfrəsi ilə davam edib.

                                                                    Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: