Qida allergiyasının simptomları

A- A A+

Qida allergiyasında şikayətlər immunitet sistemimiz qidalardakı zülalları “təhlükə” kimi qəbul etdikdə və anormal reaksiya verdikdə baş verir. Bu problemin əsasən körpəlikdə və uşaqlıqda görülməsinə baxmayaraq, yetkinlik dövründə də özünü büruzə verir. Qida allergiyası bütün dünyada artır və ictimai sağlamlıq problemi hesab olunur. Tədqiqatların nəticələrinə görə, qida allergiyası böyüklərdə 3 faiz, uşaqlarda isə 6 faiz müşahidə olunub. 170-ə qədər qidanın allergiyaya səbəb olduğu bildirilir. Qida allergiyasına ən çox səbəb olan qidalar: inək südü, yumurta, qoz-fındıq, quru yemiş, yer fıstığı, buğda, balıq, qabıqlı dəniz məhsulları və nadir hallarda mərci və qırmızı ətdir.

NUHÇIXAN İnformasiya Agentliyi tibbi saytlara istinadla bildirir ki, qida allergiyasının 2 müxtəlif simptomları var. Erkən hiss olunan qida allergiyası daha çox rast gəlinən növdür. Şikayətlər qida istehlakından sonrakı ilk iki saatda meydana gəlir. Qaşınma, qızartı, dil və dodaq şişməsi, nəfəs darlığı, öskürək, göyərmə, ürəkbulanma, qusma, aşağı qan təzyiqi və halsızlıq kimi şikayətlərə səbəb olur. Qida istehlakından bir qədər gec özünü büruzə verən allergiya növü isə xüsusilə ana südü ilə qidalanan 6 aydan kiçik körpələrdə olur. Qanlı, selikli və yaşıl rəngli defekasiya, şiddətli qarın ağrısı, qarın ətrafındakı qızartı, həmçinin qollarda, diz, yanaq, qulaq, boyun və sinədə baş verən qaşınma, allergik ekzemalardır.

Qida allergiyası diaqnozunda ən vacib addım xəstənin şikayətlərini dəqiq bilməkdir. Daha sonra dəridən və qandan allergiya testləri götürülür. Test allergiyanın nəyə qarşı olduğunu müəyyən edəndən sonra xəstə həmin qidalardan imtina etməli və həkimin təyin etdiyi müalicə kursu almalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: