Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində uşaqların kütləvi tibbi profilaktik müayinələri aparılır - FOTOLAR
Aprelin 1-dən başlayaraq muxtar respublikada məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinəsinə başlanılıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkim briqadası Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində uşaqların kütləvi tibbi profilaktik müayinələrini davam etdirirlər.
Pediatr, oftalmoloq, stomatoloq, cərrah, LOR, nevropatoloq və digər ixtisaslı həkimlərdən ibarət briqada ötən gün Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərini dərin tibbi müayinələrə cəlb edib. Tibbi müayinələr zamanı müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilib.
Muxtar respublikada icbari tibbi müayinələrin keçirilməsi uşaq xəstəliklərinin erkən aşkar edilməsinə, onlar arasında yayılan patologiyaların profilaktikasına və sağlamlıqlarının qorunmasına xidmət edir.
Kəmalə Əliyeva