“Nazirlər Kabinetinin nəzdində dərmanlarla bağlı xüsusi Komissiya yaradılıb. Komissiyanın işi yekunlaşmaq üzrədir”.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.
Nazir bildirib ki, həmin sahənin Azərbaycanda sürətli inkişafı üçün müəyyən addımlar atılacaq:
“Dərman vasitələrinin keyfiyyətinə, idxalına nəzarət və qiymət tənzimlənməsinə dair müəyyən dəyişiklikər olacaq".