Mayın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 0, ikinci doza vaksinlərin sayı - 0, üç və daha çox doza vaksinlərin sayı - 1, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 0-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 670, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə 4 milyon 840 min 600, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 232 min 352, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 382-dir.