Mayın 5-də Azərbaycanda COVID-19 əleyhinə 5 min dozadan çox vaksin vurulub

A- A A+

Mayın 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 5 min 46 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 527, ikinci doza vaksinlərin sayı - 523, üç və daha çox doza vaksinlərin sayı – 3 min 645, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 351-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 658 min 768, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 340 min 868, ikinci mərhələ üzrə 4 milyon 841 min 135, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 236 min 32, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 240 min 733-dür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: