Naxçıvanda növbəti tibbi aksiyaya start verilib - VİDEO

A- A A+

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti bu gündən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində növbəti humanitar tibbi aksiyaya start verib.

23 nəfərdən ibarət yüksəkixtisaslı həkim heyəti şəhid ailələri, qazilər və onların ailələri, eləcə də aztəminatlı ailələr də daxil olmaqla müraciət edən vətəndaşların müayinə və müalicələrini kassa ödənişi olmadan təşkil edib və müvafiq tibbi təyinatlar veriblər.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: