Mayın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 242 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 445, ikinci doza vaksinlərin sayı - 391, üç və daha çox doza vaksinlərin sayı – 3 min 62, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 344-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 663 min 10, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 313, ikinci mərhələ üzrə 4 milyon 841 min 526, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 239 min 94, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 77-dir.