Mayın 7-də Azərbaycanda COVID-19 əleyhinə 3 min dozadan çox vaksin vurulub

275

Mayın 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 565 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 358, ikinci doza vaksinlərin sayı - 399, üç və daha çox doza vaksinlərin sayı – 2 min 507, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 301-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 666 min 575, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 671, ikinci mərhələ üzrə 4 milyon 841 min 925, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 241 min 601, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 378-dir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: