Naxçıvanda immunlaşdırma həftəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq muxtar respublikanın bütün bölgələrində, eləcə də Babək rayonunda 16-22 may tarixlərində 6 yaşadək uşaqların immunlaşdırma həftəsi keçirilib. Məqsəd uşaqların profilaktik peyvəndə cəlb olunması və mövcud infeksion xəstəliklərdən qorunmasıdır.

Bu günlərdə isə hər hansı səbəbdən peyvənddən yayınmış uşaqların siyahıları tərtib edilib və yenidən  peyvəndləməyə cəlb olunur.

Peyvəndlər, onların əhəmiyyəti, vaksinasiyanın vaxtında aparılması barədə səhiyyə maarifi işi də aparılır, valideynlər immunlaşmadan kənarda qalmanın yaradacağı fəsadlar barədə məlumatlandırılırlar.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: