NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə irsi qan xəstəliyi olan uşaqlar üçün qanvermə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən qanvermə aksiyası muxtar respublikada yaşayan hemofiliya, talassemiya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.
Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb. Ümumilikdə, 23 nəfərdən 11,5 litr qan toplanılıb və xəstəxananın qan bankına təhvil verilib.
Leyla Cəfərzadə