Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Şərurda tibbi aksiya keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur Rayon Mərkəzi Xəstəxanasında 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tibbi aksiya keçirilib.

Aksiyanın təşkil edilməsində məqsəd uşaqların sağlamlığının təmin edilməsi, ehtiyacı olan azyaşlıların tibbi müalicə və müayinələrə cəlb edilməsi olub.

31 may - 1 iyun tarixlərində keçirilən aksiyada iştirak edən 40 uşaq pediatrik, 21 uşaq göz, 4 uşaq isə dəri-zöhrəvi müayinəsinə cəlb edilib. Həmçinin 2 uşaq üzərində kiçik cərrahi əməliyyat  icra edilib. 11 uşaqdan isə 28 laborator analiz götürülüb. Ümumiyyətlə, tibbi aksiyadan rayonun 650 azyaşlı sakini yararlanıb. Aksiyada iştirak edən uşaqlara hədiyyələr də verilib

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: