İmmunlaşdırma həftəsində növbəti dəfə 184 uşaq peyvəndə cəlb olunub

A- A A+

Muxtar respublikamızda uşaqların sağlamlığının qorunması, onların hər hansı bir xəstəlik və ya infeksiyalara yoluxmasının qarşısının alınması istiqamətində mühüm işlər görülür, bütün uşaqlar həkim nəzarəti ilə peyvənd təqviminə əsasən vaxtı-vaxtında peyvəndə cəlb olunurlar.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ənənəvi olaraq təşkil edilən immunlaşdırma həftəsində növbəti dəfə Naxçıvan şəhəri üzrə 107, Babək rayonu üzrə 23, Şahbuz rayonu üzrə 5, Sədərək rayonu üzrə 1, Şərur rayonu üzrə 13, Kəngərli rayonu üzrə 22, Ordubad rayonu üzrə isə 13 olmaqla, ümumilikdə 184 uşaq QPM, HİB, OPV, PK, DT, GDT, İPV peyvəndlərinə cəlb edilib.

İnfeksion xəstəliklərə yoluxma hallarının azaldılması və ya bu cür xəstəliklərin yarada biləcəyi ağırlaşmaların qarşısının alınması məqsədilə keçirilən immunlaşdırma həftəsi çərçivəsində aparılan düzgün maarifləndirmə işlərinin nəticəsidir ki, peyvənddən yayınanların sayında azalmalar qeydə alınır, valideynlər uşaqlarının peyvənd olunmasında könüllü iştirak edirlər.

Qeyd edək ki, bütün dünyada yayılan infeksion xəstəliklərdən ən çox əziyyət çəkən və ölüm sayının yüksək olduğu ölkələr sırasında peyvənddən imtina edən ölkələr üstünlük təşkil edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: