D vitamini sümüklərdə kalsiumun artmasına səbəb olur

A- A A+

D vitamini yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edir. Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur.

NUHÇIXAN İnformasiya Agentliyi Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, uzun müddət günəş altında gəzməyən insanlarda D vitamininin çatışmazlığı çox vaxt hiss olunur və bununla bağlı D vitamini ilə zəngin məhsulların qəbul edilməsi məqsədəuyğundur. Gündəlik D vitamini ehtiyacını ödəmək üçün həftədə ən az iki dəfə, əsasən səhər saatlarında saat 11:00-dək, axşam saatlarında isə 17:00-dan sonra 20-30 dəqiqə günəş şüası qəbul etmək məsləhət görülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: